Elman Nəsirli: “ABŞ Azərbaycanı regionda çox yaxın və etibarlı tərəfdaş kimi görür” - MÜSAHİBƏ
Politoloq Elman Nəsirlinin Səs TV-yə müsahibəsi
- Elman müəllim, Xəzər dənizində hərbi donanmanın yaradılması üçün ABŞ-ın maddi və texniki yardım göstərməsi barədə yayılan məlumatların reallaşması Rusiyanı qıcıqlandıra bilərmi?
- Bəli bu istisna deyil. Çünki Xəzər dənizinin statusu ilə bağlı məsələ hələ də öz həllini tapmayıb. Baxmayaraq ki, bu məsələdə Azərbaycan Rusiya və Qazaxıstanla eyni mövqedən çıxış edir. Xəzəryanı dövlətlərin mövqeyi ondan ibarətdir ki, Xəzərdən kənar dövlətlərin dənizdən istifadəsinə icazə verilməsin. Bu cür yanaşma mövcuddur. Amma birləşmiş ştatların Azərbaycana 10 milyon dollar həcmində məhz Xəzərdə təhlükəsizliklə bağlı təminat məsələsi üçün, xüsusilə terrorizmə qarşı mübarizənin aparılması məqsədilə maliyyə vəsaitinin ayırması əslində Rusiyanı qıcıqlandırmamalıdır. Çünki ABŞ Xəzərdə özünün donanmasını yaratmır. Bu sadəcə Azərbaycana bir yardımdır və dəstəkdir ki, yəni Xəzərdə təhdidlər, təhlükə mənbələri yarandıqda dənizdə onlara qarşı daha təsirli, səmərəli və çevik mübarizə apara bilsin. Bu nöqteyi-nəzərdən rəsmi Moskva bundan nigaran qalmamalıdır. Amma məsələ ondadır ki, Rusiyanın Amerika ilə münasibətlərində bir sıra ciddi, ixtilaflı məsələlər var. Xüsusilə də ABŞ-ın Avropada raket əleyhinə müdafiə sistemi ilə bağlı məsələdə çox ciddi fikir ayrılığı var və belə olan təqdirdə birləşmiş ştatların Azərbaycana belə maliyyə yardımı göstərməsi Rusiyanı qıcıqlandırır. Rəsmi Moskva hesab edir ki, bu onların maraqlarına qarşı istiqamətlənib. Amma həqiqət isə tamam başqadır. Azərbaycan dövləti sülhpərvər dövlətdir, Azərbaycan Xəzəri sülh dənizi kimi görür. Bu günlərdə Xəzərdə terrorizmə qarşı mübarizə aparmaq məqsədilə maliyyə yardımının ayrılması sülhə xidmət göstərir. Son nəticədə əyər Azərbaycanda katerlər müasirləşdirilirsə, yeniləri alınırsa, bu sahədə müasir texnoloji nailiyyətlər ölkəyə gətirilirsə bu özlüyündə Xəzərdə təhlükəsizliyə xidmət edən cəhətlərdir. Bu heç bir halda ABŞ-ın Xəzərdə bazasının yaradılması anlamına gəlməməlidir.
Təbii ki, İran da bundan nigarandır. İran tərəfinin mövqeyi bundan ibarətdir ki, belə addımlar əslində Amerikanın Xəzər regionunda möhkəmlənməsinə xidmət edir. Gerçəkdə isə İranın özünün ABŞ-la konflikti mövcuddur. Azərbaycan heç bir halda bu prosesin iştirakçısı deyil. Əksinə Azərbaycan Amerika və İran arasında ziddiyyətlərin ləğv olunmasında bir vasitəçi kimi iştirak etməyə hər zaman hazır olduğunu bildirir. ABŞ-ın bu addımı bir həqiqəti təsdiqləyir ki, birləşmiş ştatlar regionda Azərbaycana çox yaxın və etibarlı tərəfdaş kimi görür. Regionda sülhün, təhlükəsizliyin təmin edilməsində Azərbaycanın xüsusi yerinin və potensialını qiymətləndirib belə bir yardım həyata keçirib.
- ABŞ-ın regiona hərbi kontigentlə gəlməsi bölgədə Dağlıq Qarabağ və Abxaziya münaqişəsindən sonra yeni bir gərginlik yarada bilər?
- Rusiya ABŞ və Fransa ilə birlikdə həmsədr dövlətdir. Qarabağ probleminin həllində bu dövlətlər əsas vasitəçilər kimi çıxış edirlər. Məsələ ondadır ki, münaqişənin həlli təkcə Rusiyanın monopoliyasına düşərsə bu məsələ öz həllini tapmayacaq. Bu sözlər ABŞ üçün də keçərlidir. Çünki bu halda maraqlar toqquşur və heç bir vəziyyətdə münaqişənin həllinə nail olunmayacaq. Ən ideal variant odur ki, bu məsələdə Rusiya ilə Amerikanın maraqları üst-üstə düşsün. İndiki halda isə onların maraqları o halda üst-üstə düşür ki, bölgədə müharibə olmasın, proses olduğu kimi qalsın, sülh və danışıqlar prosesi davam etsin. Mən hesab etmirəm ki, bu hadisə yeni bir münaqişə ocağının yaranmasına və yaxud köhnənin daha gərginləşməsinə gətirib çıxaracaq.
- BMT-nin bu ay keçiriləcək Baş Assambleyasının sessiyasında Azərbaycanla bağlı 2 qətnamə layihəsinin qəbulunu Ermənistanın növbəti dəfə iflası və ifşası kimi qiymətləndirmək olarmı?
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



