Bakıda Dünya Gənclər Bankı Şəbəkəsinin regional ofisinin açılışı keçirilib - TƏDBİR-FOTO

Bakıda Dünya Gənclər Bankı Şəbəkəsinin regional ofisinin açılışı keçirilib - TƏDBİR-FOTO

Bu gün Bakıda BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) dəstəyi ilə fəaliyyət göstərən Dünya Gənclər Bankı Şəbəkəsinin (WYBN) regional ofisinin açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, millət vəkilləri və ictimai-siyasi xadimlər iştirak edib.

Tədbirdən çıxış edən regional ofisin rəhbəri, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Vüsalə Hüseynli bildirib ki, 2002-ci ildə yaradılan bu təşkilat BMT-nin İqtisadi Komissiyası və Global Compact, Dünya Bankı tərəfindən təsis edilib. Onun sözlərinə görə, Təşkilatın əsas fəaliyyət istiqaməti BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə uyğun olaraq fəaliyyət göstərməsi, gənclər üçün yeni iş yerlərinin açılması və digər proqramları həyata keçirməkdir: "Qurumun Türkiyə, İran və MDB ölkələri daxil olmaqla 14 ölkə üzrə fəaliyyət göstərəcək. Dünya Gənclər Bankı Şəbəkəsinin sayca altıncı regional ofisinin Azərbaycanda açılması çox əlamətdar hadisədir. Bu regional ofis vasitəsilə region ölkələrinin gəncləri geniş istifadə edə biləcəklər.Şəbəkənin əsas işi isə 38 yaşadək gənclərin sahibkarlıq fəaliyyətinə dəstək verməkdən ibarətdir".

Tədbirin davamında çıxış edən qonaqlar Azərbaycanda belə bir regional ofisin açılmasını yüksək qiymətləndirib və gənclərə gələcək işlərində uğurlar arzulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə