UNİCEF rəhbərliyi: “Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkmiş insanlara yardım etmək amalı ilə buraya gəlmişik”
Yeni dərs ilinin başlanması ilə
əlaqədar YUNİSEF Azərbaycanda qaçqın və məcburi köçkün uşaqlara dərs ləvazimatı
və dərs vəsaiti ilə bağlı yardım etməyəcək. SİA-nın xəbərinə görə, bu barədə
UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard məlumat verib.
O bildirib ki, Azərbaycanda fəaliyyətimizin ilk illərində Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkmiş insanlara yardım etmək amalı ilə buraya gəlmişik: "Əvvələr qaçqın və məcburi köçkün uşaqlarını məkətəb vəsaitləri və ləvazimatları ilə təmin edirdik. İllər keçdikcə Azərbaycan inkişaf edir. Hazırda ölkənin sosial-iqtisadi inkişafı bizim mandatımız daxilində müəyyən dəyişikliklər etməyə vadar etdi. Hazırda vəsaitləri, resusları yox, yeni ideyaları, fikirləri, yanaşmaları Azərbaycan hökumətinə təqdim edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB