Mark Herevard: “Hər hansı bir uşağın ölümü bu cür zorakılıqla baş veribsə, bu çox böyük bir faciədir” - AÇIQLAMA

Mark Herevard: “Hər hansı bir uşağın ölümü bu cür zorakılıqla baş veribsə, bu çox böyük bir faciədir” - AÇIQLAMA

UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard son vaxtlar ermənilər tərəfindən iki azərbaycanlı azyaşlı uşağı öldürməsi faktını pisləyib. SİA-nın xəbərinə görə, Mark Herevard jurnalistlərə verdiyi açıqlamasında "Biz UNİCEF-in Azərbaycan nümayəndəliyi olaraq bu cür ölüm hallarını qəti şəkildə pisləyir və çox məyus olduğumuzu bildiririk. Çünki hər hansı bir uşağın ölümü bu cür zorakılıqla baş veribsə, bu çox böyük bir faciədir. Ona görə də biz bunu kəskin şəkildə pisləyirik", - deyib.

Qeyd edək ki, bu il martın 8-də Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarında qurduğu mövqelərindən Ağdam rayonunn Orta Qərvənd kəndinin 9 yaşlı sakini Fariz Bədəlovu öz evlərinin həyətində oynayan zaman snayperlə hədəfə alaraq qətlə yetiriblər. Cari ilin iyulunda isə Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə