Omudsman baş prokuror və milli təhlükəsizlik nazirinə müraciət edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə ATƏT‑in Bakı Ofisindən və digər mənbələrdən daxil olan məlumatlarda Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Ərəzin kənd sakini Turac Zeynalovun muxtar respublikanın Milli Təhlükəsizlik Nazirliyinə çağırıldığı, həmin gün evə qayıtmadığı, orada zorakılığa məruz qaldığı, bir gün sonra isə onun cəsədinin Mərkəzi Xəstəxananın meyitxanasına verildiyi, 28 avqust tarixdə qohumlarına xəbər verilmədən yaşadığı kəndə aparıldığı bildirilib. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, müvəkkil müraciətlərdə göstərilən halların araşdırılması və nəticəsi barədə məlumat verilməsi ilə bağlı baş prokurora və milli təhlükəsizlik nazirinə müraciət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB