Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində müvafiq tədbirlər proqramı hazırlanacaq - MÖVQE

Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində müvafiq tədbirlər proqramı hazırlanacaq - MÖVQE

Hazırda Sənaye və Energetika Nazirliyi və Alternativ və bərpa olunan enerji üzrə Dövlət Agentliyi tərəfindən alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində müvafiq tədbirlər proqmanının hazırlanması istiqmətində mühüm işlər həyata keçiriləcək.

SİA-nın xəbərinə görə, Sənayə və Energetika Nazirliyinin investisiya və sənaye obyektlərinin yenidən qurulması şöbəsinin müdiri Ramiz Rzayev jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, bu proqram və tədbirlər planı 2030-cu ilə qədərki dövrü əhatə edəcək. Artıq bu proqramın hazırlanmasına başlandığını deyən R.Rzayev vurğulayıb ki, gələn ilin birinci rübündə bu startegiyanın hazırlanması başa çatdırılacaq: "İlkin hədəflər 2015, 2020 və 2030-cu ilə qədəri əhatə edir. Yaxın 10 il ərzində Azərbaycanda alternativ və bərpaolunan enerji mənbələrindən istifadə bizim ümumi generasiya güclərinin təxminən 10%-ə qədərini, yəni 600-700 meqavatt deməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə