“Azərbaycanın Xəzər dənizi ərazisində Külək Enerji Potensialının öyrənilməsi” layihəsinin hesabatının təqdimatı keçirilib
Bu gün Sənayə və Energetika Nazirliyi İNOGATE Proqramı çərçivəsində "Azərbaycanın Xəzər dənizi ərazisində Külək Enerji Potensialının öyrənilməsi" layihəsinin hesabatının təqdimatı keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə nazirliyin şöbə müdiri Ramiz Rzayev, Azərbaycan Milli Elmlər Akademiyası, İqtisadi İnkişaf Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sövlət Neft Şirkəti, Energetika Elmi Tədqiqat Layihə İnstitutunun rəsmi şəxsləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sənayə və Energetika Nazirliyinin investisiya və sənaye obyektlərinin yenidən qurulması şöbəsinin müdiri Ramiz Rzayev bildirib ki, layihə Avropa Komissiyasının İNOGATE Proqramı çərçivəsində SEMİSE layihəsi tərəfindən texniki dəstək şəklində icra olunur. O vurğulayıb ki, bu layihə çərçivəsində Azərbaycanın Xəzər dənizi ərazisinin hansı sahələrində külək parklarının səmərəli öyrəniləcəyi, həmin ərazilərdə hansı gücdə hündürlükdə külək elerktrik stansiyalarının qurulması barədə tövsiyələr ediləcək. Bu layihəyə həm xarici, həm də yerli ekspertlər cəlb olunduğunu deyən R.Rzayev söyləyib ki, layihənin ilkin hesabatı hazırdır və bunun ətrafında çoxlu müzakirələr gedəcək.
"Bu layihənin sonunda Azərbaycanın Xəzər dənizi ərzisini külək enerji potensialı öyrəniləcək. Layihəyə xarici ekspertlər cəlb olunub. Bu dəstək layihəsi olduğundan ekspertlərin fəaliyyəti Avropa Komissiyası tərəfindən maliyyələşdirilir. Layihənin gələn il başa çatması gözlənilir. Azərbaycanda bərpa olunan enrji sahəsi çox böyük potensial Azərbaycanda 2004-cü ildə bərpa olunan enerji mənbələrində istifadə üzrə Dövlət Proqramı və Sənaye və Energetika Nazirliyi nəzdində Alternativ və bərpa olunan enerji üzrə Dövlət Agentliyinin yaradılması bunun bariz nümunəsidir. Bu gün ölkədə pilot layihələrin həyata keçirilməsi başlayıb. Bizim qarşımızda duran məsələlər bu sahədə daha münbit şəraitlərin yaradılması üçün daha doğrusu bu sahədə qanunvericilik və ciddi normativ bazanın yaradılması, bu sahəyə stimullaşdırıcı mexanizimlərin cəlb edilməsi, özəl sektorun cəlbi və bu yolla bərpa olunan ernerji mənbələrin istifadəsinə nail olmasıdır. Müzakirə etdiyimiz məsələ Avropa komissiyası tərəfindən reallaşdırılan layihələrdir", - deyə o əlavə edib.
Tədbirin davamında layihənin danimarkalı ekspertləri Kim Jansen və Jasper Thisen təqdimatla çıxış ediblər. Daha sonra yeni layihə barədə suallar cavablandırılıb və mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB