Yəmən rəhbəri Əli Abdulla Saleh ölkədə üç aydan sonra prezident seçkilərinin keçiriləcəyini élan edib. Seçkilər üç aydan sonar reallaşdırılacaq. Röyter agentliyinə istinadən, SİA xəbər verir ki, prezident Saleh məhz bu barədə ölkə müxalifəti ilə razılığa gəlib. Abdulla Saleh seçkilərə hazırlıq müddətində ölkə rəhbərliyini bites-prezident Abdurəbba Mənsur Hadiyə veriləcəyini bildirib.
Hazırda Səudiyyə Ərəbistanında müalicə kursu keçən Yəmən prezidenti seçkilərdə iştirak edib-etməyəcəyi barədə məlumat verməyib.Xəbərdə o da bildirilir ki, Saleh Fars körfəzi ölkələri Şurasının qəbul etdiyi təkliflər paketinə də imza atacaq. Təkliflər paketində bildirilir ki, Yəmənin daxili siyasətini normallaşdırmaqdan ötrü, prezident milli birlik hökuməti qurulduqdan sonar, 30 gün ərzində istefaya getməlidir. İmza atıldıqdan sonar isə, müxalifət davamlı aksiyalarını dayandırmalı və qarşıdan gələn seçkilərə hazırlaşmalıdır.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB