Sumqayıtda yaşayan gənclər ucun “Fərdi inkişaf və karyera qurmaq bacarıqları” movzusunda təlim kecirilib
Potensial Sumqayıt Mutəxəssislər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hokumət Təşkilatlarına Dovlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi "Sumqayıt şəhərində və ətraf qəsəbələrdə məskunlaşan məcburi köçkün yeniyetmə və gənclərinin peşəyönümü, fərdi inkişaf və karyera qurmaq bacarıqlarını artırmaq ucun maarifləndirmə tədbirlərinin həyata kecirilməsi" layihəsi cərcivəsində təlimləri davam etdirir.
Birlikdən SİA-ya verilən xəbərə gorə, bu layihənin əsas məqsədi Sumqayıt və ətraf qəsəbələrdə məskunlaşan Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarından olan məcburi köçkün yeniyetmələrin və gənclərin peşəyonümü və peşə hazırlığı uzrə bilgilərini artırmaq, onları effektiv iş axtarışı vasitələri və usulları, iş yerlərinə muraciət və ozunu təqdim etmə qaydaları, komanda şəklində işləmək bacarıqları və işguzarlıq qabiliyyətlərinin aşılanması və s. movzularda maarifləndirməklə onların işlə təmin olunmaq, gələcək karyeralarını qurmaq və beləliklə də, məcburi köçkün gənclərin məşğulluqlarının təmin olunmasına yardımcı olmaqdır.
Layihə cərcivəsində "Fərdi inkişaf və karyera qurmaq bacarıqları" movzusunda ilk təlim təşkil edilib. Təlimi birliyin təlimcisi Eyvaz Qocayev aparıb və burada 18 nəfər məcburi köçkün gənc təlimdə iştirak edib. Təlimdə peşəyönümü və peşə bacarıqları, effektiv iş axtarışı usulları və vasitələri, CV-lərin hazırlanması, iş yerlərinə muraciət və özünü təqdimetmə, komanda şəklində işləmək və işguzarlıq keyfiyyətləri və s. movzularında interaktiv muzakirə aparılıb. Muzakirə olunan məsələlər iştirakcıların böyük marağına səbəb olub.
Təlim interaktiv metodla kecirilib və hər bir iştirakcı muzakirələrdə fəal iştirak edərək duşuncələrini, fərdi inkişaf və karyera qurmaq bacarıqları ilə bağlı rəylərini sərbəst ifadə ediblər. Hər bir iştirakçını maraqlandıran suallara dolğun cavab verilib. Təlimin işi anket sorğusu vasitəsi ilə qiymətləndirilib. Təlimin sonunda iştirakçılara mövzu ilə bağlı sənədlər toplusu təqdim edilib.
Konul Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB