Sabah İçəri Şəhərdə yerləşən butun muzeylərə, Qız Qalası və “Şirvanşahlar Sarayı Kompleksinə” giriş pulsuz olacaq
Sabah Ramazan bayramı munasibəti ilə "İçərişəhər" Dovlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən İçəri Şəhərdə yerləşən butun muzeylərə, Qız Qalası və "Şirvanşahlar Sarayı Kompleksinə" giriş pulsuz olacaq və ziyarətcilərə mədəni irsimiz , tarixi abidələrimizlə tanış olmaları ucun pulsuz ekskursiyalar təşkil olunacaq.
"İçərişəhər" Dovlət Tarix-Memarlıq Qoruğu İdarəsindən SİA-ya verilən xəbərə gorə, tədbirlər cərcivəsində eyni zamanda "İçərişəhər" tarixi muzeyi tərəfindən "Qədim Şəhərdə bir gun " adlı tədbir keciriləcək, 11 nomrəli Xususi internat məktəbinin valideyn himayəsindən məhrum uşaqları ucun İçəri Şəhərdə gəzinti təşkil olunacaq.
Həmin gun saat 11:30-da Qız Qalasının qarşısındakı meydanda Dovlət Neft Şirkətinin Nəfəs Alətləri Orkestrinin ifasında konsert proqramı keciriləcək.
"İçərişəhər" Dovlət Tarix-Memarlıq Qoruğu İdarəsi hər kəsi Ramazan bayramı munasibəti ilə təbrik edir və Bakının qədim hissəsi və tarixi abidələrimizlə yaxından tanış olmağa dəvət edir.
Konul Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB