Beynəlxalq Diaspor Mərkəzi (BDM) tərəfindən Ramazan ayı munasibəti ilə Xızı şəhərinin Xızı kənd camaatı ucun "Xızı dağları" istirahət mərkəzində iftar sufrəsi verilib. BDM-dən SİA-ya verilən xəbərə gorə, iftar sufrəsində kənd camaatından əlli nəfərə yaxın qadın, uşaq və kişi iştirak edib. Tədbiri giriş sozu ilə acan BDM-in sədri İsmayıl Ağayev gələn qonaqları salamlayaraq onlara Ramazan ayının fəzilətindən, onun butun insanlığa olan faydalarından danışaraq hamını bu ay munasibəti ilə birlik və bərabərliyə cağırıb, xalqımızın qarşıdan gələn Ramazan bayramını təbrik edib.
Tədbirdə kənd ağsaqqallarından olan Məşədi Vidadi iftar sufrəsini iftar duası ilə acaraq gələn qonaqları salamlayıb və iftar sufrəsi verdiyinə gorə BDM sədri İsmayıl Ağayevə kənd camaatı adından təşəkkur edib. Məşhədi Vidadi və kənd camaatı bu cur xeyriyyə işlərini davam etməsini arzu ediblər və Xızı şəhərində məscidlərinin olmamasından da narazılıqlarını bildiriblər.
İftar sufrəsində el ağsaqqalı Hacı Bəşir muqəddəs Ramazan ayı munasibəti ilə xalqımıza Allahdan ruzi-bərəkət, əmin-amanlıq və bir an əvvəl torpaqlarımızın duşmən işğalından azad olmasını arzulayıb.
Konul Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB