Şeyxüllislam Hacı Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Şeyxüllislam Hacı Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Qafqaz Musəlmanları İdarəsinin sədri Şeyxulislam Hacı Allahşukur Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Qafqaz Müsəlmanları İdarəsindən SİA-ya verilən xəbərə görə, təbrikdə deyilir: "Dünya müsəlmanlarının əziz günü - mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcəb olmasını arzulayıram. On bir ayın sultanı sayılan Ramazan həqiqətən nemət və səadət ayıdır. Bu ayda müsəlmanlara oruc tutmaq vacib buyurulub, ümmətin rifahı üçün sülh və əmniyyətdə olmaq əmr edilib. Müsəlman dünyasında Eydul - Fitr - Ramazan bayramı mərhəmətin, qardaşlığın, həmrəyliyin və xeyir-bərəkətin qovuşduğu mübarək günlərdən biridir. Bu mənada biz Azərbaycan müsəlmanları da Ramazanın ruzi və nemətinə yetişdiyimizə görə Allah-təalanın mərhəmətinə şukr edir və bu mubarək günün ümumxalq bayramı səviyyəsinə qaldırılmasına görə dövlət rəhbərimiz zati-aliləri İlham Əliyev cənablarına dərin minnətdarlığımızı bildiririk. Bu əziz gündə uca Allaha dualar edilir ki, Azərbaycan xalqını əmin-amanlığa, sabitliyə, milli birliyə, xeyir-bərəkətə yetirsin, ağır sınaqlardan hifz etsin, torpaqlarımızın işğalçılardan təmizlənməsində, Vətənimizin müstəqilliyini və dövlətçiliyimizi qorumaqda bizə daim yardımçı olsun. Dövlətimiz və millətimiz üçün xoşbəxtlik diləyir və bütün Azərbaycan xalqına xeyir-dualarımı yetirirəm".


Konul Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə