Türkiyənin sabiq baş qərargah rəisi Nəcib Torumtay vəfat edib. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi məlumaya görə, 85 yaşlı Nəcib Torumtay 2 ay əvvəl qəfildən vəziyyəti pisləşərək yaşadığı Muğla vilayətindən təcili yardım helikopteri ilə paytaxt Ankarada olan Gülhanə Hərbi Tibb Akademiyasına çatdırılmışdı.
İki ay aparılan tibbi müdaxiləyə baxmayaraq keçmiş ordu generalının həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Türkiyənin 20-ci baş qərargah rəisi olan ordu generalı Nəcib Torumbay 1987-ci ildən 1990-cı ilə qədər bu vəzifənin icrası ilə məşğul olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB