Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Abşeronda temperatur gecə 16-20, gündüz 25-30 isti olacaq. Bakıda isə gecə 17-19, gündüz 28-30 isti təşkil edəcək.
Atmosfer təzyiqi 765 millimetr civə sütununa bərabər yüksələcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 60-65 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 isti təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB