Türkiyənin ən məşhur kurort bölgələrindən olan Antalya yaxınlığında, daha dəqiq desək Kəmər şəhər çimərliyində partlayış baş verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, dənizin bir neçə metr yaxınında şəxsiyyəti hələlik naməlum olan kəslər tərəfindən basdırılan qumlaranın partlaması nəticəsində 15-dən çox turist müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Partlayış baş verən əraziyə təhlükəsizlik xidmətinin əməkdaşları cəlb olunub. Araşdırma aparılır.
Qeyd edək ki, hadisə zamanı xəsarət alanların əksəriyyəri Norveç və Rusiya vətəndaşlarıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB