Elmira Süleymanova: “Azərbaycanda dini hüquqlar da qorunur və heç bir dinə qadağa qoyulmayıb” - AÇIQLAMA

Elmira Süleymanova: “Azərbaycanda dini hüquqlar da qorunur və heç bir dinə qadağa qoyulmayıb” - AÇIQLAMA

Etnik azlıqların problemlərini həll etmək üçün dialoq vacibdir. SİA xəbər verir ki, bu barədə Gürcüstanın Batumi şəhərində Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilən \"Azərbaycan dövlət müstəqilliyinin bərpasının iyirminci ilində\" adlı konfransda Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova bildirib.


Onun sözlərinə görə, insan hüquqları çoxmillətli ölkələrdə böyük problemlərdən biridir: \"Azərbaycan da çoxmillətli ölkə olduğuna görə, etnik azlıqlarla dialoqun aparılmasına önəm verilir. Son illər bu istiqamətdə ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə bir çox işlər görülüb\".


Süleymanova bildirib ki, Azərbaycan son illərdə 230 konvensiyaya qoşulub ki, bunların da çox hissəsi insan hüquqları ilə bağlı konvensiyalardır.


Onun sözlərinə görə, Azərbaycanda dini hüquqlar da qorunur və Azərbaycan qanunlarına əsasən, heç bir dinə qadağa qoyulmayıb.


Konfrans bu gün işinə başlayıb və iki gün davam edəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə