Bakıya yeni qəzet köşkləri və avtobus dayanacaqları gətirilib

Bakıya yeni qəzet köşkləri və avtobus dayanacaqları gətirilib

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtımızın küçələrində xaricdə istehsal olunmuş yeni müasir dizayınlı və estetik baxımdan şəhərimizin bu günkü inkişafına və şəhər sakinlərinin yüksək təlabatına uyğun milli ornamentləri özündə əks etdirən ən müasir standartlara cavab verən köşk və yeni avtobus dayanacaqları quraşdırılmağa başlanıb.

SİA-nın verdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən gətirilən və şəhərimizin küçə və meydanlarını bəzəyən bu yeni köşk və avtobus dayanacaqlarının sayı bu ilin sonuna qədər 50 ədəd köşk və 100 ədəd dayanacaq olmaqla gələn ilin sonuna kimi bu rəqəmlərin iki dəfə artırılacağı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə