Bu da dünyanın ən bahalı avtomobili – FOTO

Bu da dünyanın ən bahalı avtomobili – FOTO

"Ferrari" avtomobilləri yarış rekordları ilə yanaşı, qiymət rekordlarına da imza atır. "motorlegend.com" saytına istinadən verilən xəbərə görə, 1957-də istehsal olunmuş "Testa Rossa 250" modelinin ötən il 12.2 milyon dollara müştəri tapması çoxlarını şoka salmışdı. Lakin bu dəfəki avtomobilin qiyməti daha fantastik oldu. Belə ağlasığmaz qiymətə səbəb isə onun şassi nömrəsidir (n°0666 TR). Bu kod avtomobilin "Testa Rossa"nın ilk modeli olduğunu göstərir. Avtomobil dəfələrlə yarışların qalibi olub. Təxminən yarım əsr ərzində bu avtomobilə cəmi 2 nəfər sahib olub. Digər modelin sahibi isə avtomobilini 50-ci illərin dəbinə uyğun təmir etdirib. Beləliklə, 44 yaşlı avtomobilin qiyməti 16.39 milyon dollardır.


Bütün xəbərlər Facebook səhifəmizdə