Bayramda İçəri Şəhərdə yerləşən muzeylərə giriş pulsuz olacaq

Bayramda İçəri Şəhərdə yerləşən muzeylərə giriş pulsuz olacaq

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 30 avqustda Ramazan bayramı münasibəti ilə İçəri Şəhərdə yerləşən bütün muzeylərə, Qız Qalası və "Şirvanşahlar Sarayı Kompleksinə" giriş pulsuz olacaq və ziyarətçilərə mədəni irsimiz , tarixi abidələrimizlə tanış olmaları üçün pulsuz ekskursiyalar təşkil olunacaqdır.

"İçərişəhər"Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən SİA-ya verilən xəbərə görə, tədbirlər çərçivəsində eyni zamanda "İçərişəhər" tarixi muzeyi tərəfindən \"Qədim Şəhərdə bir gün\" adlı tədbir keçiriləcək, 11 nömrəli Xüsusi internat məktəbinin valideyn himayəsindən məhrum uşaqları üçün İçəri Şəhərdə gəzinti təşkil olunacaqdır.

Həmin gün saat 11.30-da Qız Qalasının qarşısındakı meydanda Dövlət Neft Şirkətinin Nəfəsli Alətlər Orkestrinin ifasında konsert proqramı keçiriləcəkdir.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi hər kəsi Ramazan bayramı münasibəti ilə təbrik edir və Bakının qədim hissəsi və tarixi abidələrimizlə yaxından tanış olmağa dəvət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə