Hikmət Babaoğlu: “Azərbaycan xalqı Somalidə baş verən insanlıq faciəsinə göz yuma bilməzdi, çünki söhbət insan taleyindən gedir” - MÜSAHİBƏ
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Hikmət Babaoğlunun Səs TV-yə müsahibəsi:
- Hikmət müəllim, Somali son 60 ilin ən ciddi fəlakətini yaşayır. Azərbaycan hökuməti də Somalidə yaranmış vəziyyətlə əlaqədar olaraq bu ölkəyə 100 min ABŞ dolları dəyərində humanitar yardım ayırıb. Bunu necə qiymətləndirirsiniz?
- Somalidə baş verənlər bir insanlıq faciəsidir. Biz zaman-zaman Afrikada yaşayan xalqların bu şəkildə acı taleyi ilə baş-başa qaldıqlarının şahidi oluruq. Bir müsəlman dövləti olaraq Azərbaycan hökumətinin atdığı bu addım çox humanist bir aksiyadır. Azərbaycanda əslində humanizmin, paylaşmanın, yardımlaşmanın tarixi kökləri var. Müasir müstəqil Azərbaycan dövləti də bu istiqamətdə hər zaman xeyirxah addımlar atır. Azərbaycanda müasir mənada xeyriyyəçiliyin əsasını ulu öndər Heydər Əliyev qoymuşdursa, bu gün Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban xanım Əliyeva ölkədə xeyriyyəçiliyi, humanizmi, insanpərvərliyi önə çıxaran, onu təbliğ edən və bu yöndə böyük işlər həyata keçirən yeni bir istiqamət yaradıb. Tarixən bu cür ənənələri olan, paylaşmağı sevən, qonqpərvərliyi ilə seçilən, əlində olan sərvətlərini dostları, yaxınları və ehtiyacı olanlarla bölüşməyi bacaran Azərbaycan xalqı Somalidə baş verən insanlıq faciəsinə göz yuma bilməzdi. Azərbaycan hökumətinin, dövlətinin verdiyi bu qərar çox düzgün qərardır. Çünki söhbət insan taleyindən gedir. Bir çörək bir insanın həyatını xilas edə bilər. Bu, müqəddəs Ramazan ayında Allah qarşısında müsəlman olaraq Azərbaycan xalqının borcudur və hökumətin atdığı xeyirxah addım təqdirəlayiqdir. Azərbaycan İslam Konfransı Təşkilatı ölkələrinin üzvüdür. Ona görə də bu çərçivədə də müəyyən kampaniyalar keçirilir. Qardaş Türkiyə Cümhuriyyəti bu istiqamətdə ciddi addımlar atır. Biz də bunları təqdir edirik. Azərbaycan da öz imkanları daxilində bu kampaniyaya qoşulub.
Somalidə baş verən hadisələrin səbəbinə gəldikdə isə, bu ərazinin coğrafi iqlim şəraitindən, relyefindən, həmçinin təbii hadisələrlə bağlı olan bir məsələdir. Biz arzu edirik ki, yaxın gələcəkdə Afrika qitəsində inkişaf o səviyyəyə çatsın ki, orada yaşayan xalqlar, insanlar özlərini zəruri qida məhsulları ilə təmin edə bilsinlər.
Azərbaycan da ötən əsrin 90-cı illərinin əvvəllərində buna bənzər problemlərlə üzləşmişdi. Bu səviyyədə olmasa da həmin dövrdə iqtidarsız iqtidarların, idarəetmədən xəbəri olmayan səriştəsiz insanların ölkədə çörək qıtlığının yaratdığının şahidi olmuşuq. O illərdə biz də yardımlar almışıq. Ö dövrdə rəsmi dövlət nümayəndələri televiziya vasitəsi ilə ərzağın tükəndiyini elan edirdilər və bu da ölkədə həyəcan yaradırdı. İnsanlar saatlarla çörək növbələrində gözləyirdilər. Azərbaycan xalqı müharibə illərində aclığın nə olduğunun görüb. Amma ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın yeni iqtisadi strategiyasını müəyyənləşdirərkən ərzaq təhlükəsizliyi problemini önə çəkdi. İlk növbədə aqrar sahədə islahatlar apardı. Bir neçə ildən sonra artıq Azərbaycanda çörək, ərzaq qıtlığı problemi yox idi. Yəni vaxtilə bu kimi problemlərlə üzləşmiş Azərbaycan xalqının, inkişaf etmiş Azərbaycan dövlətinin bu cür humanist aksiyası tamamilə doğrudur və yerində atılmış bir addımdır.
- Sizcə, vətəndaşlarımız bu yardım kampaniyasında necə iştirak etməlidirlər?
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 23:02Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



