Bu
günlərdə kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev ölkədə çayçılıqla
məşğul olan sahibkarlara uzunmüddətli (15 ilədək) güzəştli kreditlərin
verilməsinin zəruriliyi ilə bağlı açıqlama verib. O bildirib ki,
kreditlərin verilməsi bu sahənin inkişafına müsbət təsir göstərə bilər.
Dövlət Statistika Komitəsinin məlumatına görə, məhsul yığımı mövsümünün
başladığı vaxtdan ölkə ərazisində 338,1 ton yaşıl çay yarpağı yığılıb ki, bu da
ötən ilin analoji dövründə toplanan məhsuldan 23,1 ton azdır.
Bəzi mütəxəssislər isə hesab edir ki, əgər çayçılığın inkişafı istiqamətində ciddi tədbirlər
görülməzsə, yaxın 10 - 15 il ərzində bu sahə bütünlüklə məhv ola bilər. Regionların İnkişafı Mərkəzinin
rəhbəri Çingiz İsmayılov bildirib ki, ölkə ərazisində çayçılıq rayonları olan Lənkəran -Astara, Şəki - Zaqatala rayonlarında sovet dövründə böyük həcmdə məhsul
yığılırdı: "O dövrdə Lənkəran - Astarada 14 çay fabriki fəaliyyət
göstərirdi. Torpaqlar özəlləşdiriləndən sonra isə çay plantasiyaları paylandı
və bundan sonra çay kollarının əksəriyyəti məhv edildi. Hazırda həmin plantasiyalardan cəmi 2 faizi
qalıb".
Ç. İsmayılov bu sahənin inkişafı üçün uzun müddətli kreditlərə ehtiyac olduğunu deyir: "Çayçılıq, üzükçülük və yağlı bitkilərin inkişaf etdirilməsi üçün bu sahəyə qoyulan
sərmayələr 7 - 10 ildən sonra öz bəhrəsini göstərir. Hazırkı banklar isə kreditləri cəmi 2 - 3 il müddətinə verir. Ona görə də bu sahəyə imtiyazlı və aşağı faizlərlə kreditlərin verilməsinə ehtiyac var\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB