Qız Qalasında təmirə yenidən start verilib

Qız Qalasında təmirə yenidən start verilib
Qız Qalasında təmir işləri gedir. Bir müddət əvvəl qalanın təmiri prosesində divarlarda 1500-ə yaxın quşun məskən saldığı və quşların nəsil artırma mövsümü olduğundan təmir müvəqqəti təxirə salınmışdı.
"İçərişəhər" Dövlət Tarixi-Memarlıq İdarəsindən bildirildi ki, həmin vaxt qalada yuva salan quş balalarının yumurtalardan çıxdığı dövr idi, ona görə də belə bir vəziyyətdə təmir işləri müvəqqəti olaraq dayandırılmışdı.
Artıq quşlar yuvalarını tərk etdiyi üçün restavrasiyaya yenidən start verilib. Qız Qalasında gedən təmir işlərinin 2013-cü ildə qədər davam edəcəyi proqnozlaşdırılır".

Bütün xəbərlər Facebook səhifəmizdə