Çörək-bulka bazarında monitorinq başlayır

Çörək-bulka bazarında monitorinq başlayır
Respublika Gigiyena və Epidemiologiya mərkəzi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində pərakəndə ticarət obyektlərində çörək məhsullarının monitorinqini həyata keçirəcək. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma şöbəsinin müdiri İmran Abdullayevin SİA-ya verdiyi məlumata görə, monitorinqin məqsədi pərakəndə ticarət şəbəkələrində çörək-bulka məmulatlarının tərkibində insan orqanizmi üçün zərərli olan təhlükəli əlavələri aşkarlayıb onların satışa ayaq açmasının qarşısını almaqdır: \"Məsələn, bu gün çörək məhsullarının tərkibində kartof xəstəliyi olması halları geniş yayılıb. Bu xəstəliyi törədən bakteriyalar yüksək temperaturda daha fəal inkişaf edir və ciddi problemlərə səbəb ola bilər. Həmçinin çörək-bulka məmulatlarının satışı zamanı tələblərə əməl olunmur. Monitorinq zamanı bu kimi hallara qarşısı tədbir görüləcək\".

Bütün xəbərlər Facebook səhifəmizdə