Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əməkdaşları məcburi köçkünlərə bayram sovqatı hədiyyə ediblər. TQDK-dan SİA-ya verilən xəbərə görə, komissiyasının əməkdaşları Ramazan bayramı münasibətilə Sumqayıt şəhəri 8/12 saylı yataqxanada məskunlaşan məcburi köçkün və şəhid ailələri ilə görüşüblər. Onlar TQDK-nin rəhbərliyi və kollektivi adından məcburi köçkün və şəhid ailələri Ramazan bayramı münasibətilə təbrik edib və 80 ailəyə bayram sovqatı veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB