Bu gün havanın tempraturu 16 dərəcəyə düşəcək

Bu gün havanın tempraturu 16 dərəcəyə düşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 16-20 dərəcə, gündüz 21-26 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında isə bu gün arabir yağış yağacağı, əsasən şimal və şərq rayonlarında lokal leysan xarakterli intensiv olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 22-27 dərəcə, dağlarda gecə 7-11 dərəcə, gündüz 12-17 dərəcə isti təşkil edəcək.



Bütün xəbərlər Facebook səhifəmizdə