Afrika İttifaqının dəvəti əsasında cari ilin 25 avqust tarixində Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində "Afrika burnu regionunda quraqlıq və aclıqdan əziyyət çəkən ölkələrə yardım" adı altında Afrika İttifaqı tərəfindən təşkil edilmiş donor konfransda Azərbaycan Respublikasını Afrika İttifaqı yanında Azərbaycanın nümayəndəsi statusunda səfir Şahin Abdullayev təmsil edib. Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikası adından səfir Ş.Abdullayev çıxış edərək Azərbaycanın 100.000 ABŞ dolları məbləğində Somalidə yaşanan böhrana töhfə verdiyini bildirib.
Azərbaycanın töhfəsi və milyonlarla insanın həyatını təhlükə altına qoyan bu kəskin humanitar böhranın aradan qaldırılmasında Afrika dövlətləri ilə həmrəyliyi Afrika İttifaqının rəhbərliyi və konfrans iştirakçıları tərəfindən müsbət qarşılanıb və alqışlanıb.
Konfransda Afrika İttifaqı üzv dövlətləri, Afrika İttifaqı yanında tərəfdaş və müşahidəçi dövlətlər, BMT və onun ixtisaslaşmış strukturları, digər regional təşkilatların nümayəndələri və qeyri-hökumət təşkilatları və Afrikada fəaliyyət göstərən özəl şirkətlər iştirak edirdilər. Konfrans çərçivəsində səfir Ş.Abdullayev Afrika İttifaqının rəhbərliyi, Keniya, Çad, Sudan, Cibuti, Zimbabve və Efiopiya nümayəndə heyətləri ilə görüşlər keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB