Mercedeslər piyadanı müəyyən edəcək - MARAQLI

Mercedeslər piyadanı müəyyən edəcək - MARAQLI
Mercedes-Benz şirkəti yenilənmiş gecə görünüş sistemini təqdim edib.

SİA-nın verdiyi məlumata görə, yeni qurğu günün qaranlıq saatlarında piyadaya avtomobilin ona yaxınlaşdığı haqqında xəbərdarlıq etməklə eyni zamanda sürücüyə yol kənarına çox yaxın olan piyadanı vaxtında görməyə imkan verəcək. Bu sistemin 2011-ci ilin yayından markanın bütün zirvə modelləri üçün sifariş etmək mümkün olacağı deyilir.
Night View Assist gecə görmə sistemi ilk dəfə 2005-ci ildə Mercedes-Benz S-Class avtomobillərində təqdim edilib. 2009-cu ildən o, artıq E-Class avtomobillərində quraşdırılır. Texnologiya qaranlıqda piyadanı ayırd etməyə və onun yerini bort- kompüterin displeyində göstərməklə yol qəzasından qaçmağa kömək edir.

Bütün xəbərlər Facebook səhifəmizdə