Ombudsmanın Quba Regional Mərkəzinin əməkdaşları maarifləndirmə tədbirləri keçirirlər

Ombudsmanın Quba Regional Mərkəzinin əməkdaşları maarifləndirmə tədbirləri keçirirlər

Ombudsmanın apardığı maarifləndirmə işi yay aylarında da davam edib. SİA-nın xəbərinə görə, müvəkkilin Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzləri də bu sahədə geniş iş aparılır. Bu günlərdə Ombudsmanın Quba Regional Mərkəzinin əməkdaşları Quba rayonunun Qəçrəş bələdiyyəsində olmuş, yerli sakinlər, o cümlədən icmalarla görüş keçiriblər.

Rayon İcra Hakimiyyəti nümayəndələrinin, bələdiyyə üzvlərinin, kənd icra nümayəndəliklərinin və əhalinin iştirakı ilə təşkil olunan bu maarifləndirmə tədbirində regional mərkəzin nümayəndələri iştirakçılara insan hüquq və azadlıqları, bu sahədə müvafiq beynəlxalq konvensiyaların və milli qanunvericiliyin əsas müddəaları, Ombudsman E.Süleymanovanın insan hüquqlarının müdafiəsi və təmini üzrə fəaliyyəti barədə ətraflı məlumat vermiş, sualları cavablandırıblar. Regional mərkəzin fəaliyyəti barədə də məlumat verilib, mərkəzə müraciət etmə qaydaları izah edilmiş, pozulmuş insan hüquqlarının bərpası istiqamətində maarifləndirici məsləhətlər verilib, eyni zamanda Müvəkkilə ünvanlanan müraciətlər qəbul edilib.

Tədbirin sonunda Ombudsman təsisatında hazırlanan hüquqi nəşrlər və plakatlar iştirakçılara paylanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə