Rusiyada meşə yanğınları 83 ha ərazini məhv edib

Rusiyada meşə yanğınları 83 ha ərazini məhv edib

Rusiya Federasiyası ərazisində 72 yanğın mənbəyi qeydə alınıb. SİA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, son sutka ərzində onlardan 47-si söndürülüb. Ümumilikdə, 83 ha ərazini əhatə edən meşə yanğınlarına isti hava şəraiti və əhalinin ehtiyatsızlığı səbəb olub.

Qeyd edək ki, ötən ilin iyul-sentyabr aylarında Rusiyanın 19 regionunda baş vermiş meşə yanğınları nəticəsində 3200 tikili yanıb, 62 nəfər ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə