Azərbaycanın beynəlxalq aləmdə tanınmasında yeni dövlət proqramı əvəzsiz rol oynayacaq
"Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında xaricdə yaşayan və təhsil alan azərbaycanlı tələbələr və gənclər üçün xüsusi bəndlər nəzərdə tutulub. SİA-nın xəbərinə görə, bu barədə Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov məlumat verib. O bildirib ki, bunlar Azərbaycanın təbliği, elektron informasiya məkanında müxtəlif işlərin aparılması, Dağlıq Qarabağ probleminin təbliği, təhrifsiz məlumatların internet saytlarında, müxtəlif digər vasitələrdə yayılması, eyni zamanda, müxtəlif təşəbbüslərin dəstəklənməsi ilə bağlı olan bəndlərdir.
"Təxminən bir ay öncə Azərbaycana təşəbbüs nəticəsində 10 ölkədən 80 gənc gəlib ki, onlar Azərbaycanla bağlı müsabiqənin qalibləri idi. Növbət illərdə müsabiqəni xarici tələbələr arasında daha geniş otellərdə keçirəcəyik. Azərbaycanı daha geniş sayda gənclər və tələbələr tanıyacaq, Azərbaycana gələcək, burada yeni dostlar qazanacaqlar. Bununla yanaşı, Azərbaycanın bu gününü və sabahını anlayacaqlar. Təbii ki, bu istiqamətdə proqram əvəzsiz rol oynayacaq", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB