Qaradağ rayonun Korgöz qəsəbəsində yeni çəkilmiş su kəmərinin açılışı olub. "Azərsu" Açıq Səhəmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Qaradağ rayonunun kənd və qəsəbələrinin su təchizat və kanalizasiya sisteminin yenidən qurulmasının layihə semeta sənədləri hazırlanıb və qısa müddətdə işlərə başlanıb. Plana uyğun olaraq Korgöz qəsəbəsinə su çəkilişinə başlanıb: "Çox qısa bir zamanda uzunluğu 4,4 km, diametri 250 mm olan plastik boru ilə su xətti çəkilib və bu gün qəsəbə camaatının istifadəsinə verilib. Bununla da qəsəbənin neçə illərdir davam edın içməli su problemi birdəfəlik həll olundu.
"2011-2013-cü illər Bakı şəhəri və onun qəsəbələrinin sosial iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq qarşıdakı 2 ildə digər ərazilərdə su problemi həll olunacaq. Artıq Lökbatan qəsəbəsinə diametri 530 mm, uzunluğu 8 km olan yeni su xətti çəkilib istismara verilib. Qəsəbənin 80 faizi fasiləsiz davamlı su ilə təmin olunub, qalan 20 faizi də yaxın gələcəkdə təmin olunacaq. Qaradağ rayonunun 14 kənd və qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin də yenidən qurulacaq. Eyni zamanda rayonunda 4 çirkab sutəmizləyici qurğular stansiyasının tikilib istismara verilməsi planlaşdırılır. Rayonun Sahil qəsəbəsində yerləşən təmizləyici qurğular stansiyasının rekonstruksiyasına, həm onun yeni texnoloji avadanlıqla təmin olunmasına, həm də məhsuldarlığın artırılmasına dair smeta sənədləri hazırlanıb. 2013-cü ilin sonuna qədər bu işlər başa çatdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB