Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Qurumdan SİA-ya verilən xəbərə görə, MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin rəhbərlik etdiyi komissiyanın üzvləri 4 məsələni araşdıraraq müvafiq rəylər çıxarıblar.
Əvvəlcə "Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu" İctimai Birliyinin "Yeni Azərbaycan" qəzetinin 17 iyun 2011-ci il tarixli sayında bu qurum və onun rəhbəri barədə gedən "Hüquq pozan "hüquq müdafiəçisi" sərlövhəli məqalə ilə bağlı müraciətinə baxılıb. Hər iki tərəfin məsələ ilə əlaqədar arqumentləri dinlənilib. RATİ sədri Emin Hüseynov bildirib ki, haqqında müxtəlif internet şəbəkələrdə yayımlanan məlumatlar qəzetdə yoxlanılmadan dərc olunub. Beləliklə onun ictimai nüfuzuna ləkə vurulub. "Yeni Azərbaycan" qəzetinin şöbə redaktoru Aqşin Şahinoğlu isə bildirib ki, RATİ sədrinin barəsində yayılan informasiyaların təkzibi cəhdləri nəzərə çarpmayıb.
Qəzet də bunu əsas götürərək müvafiq material verib. A.Şahinoğlu eyni zamanda təmsil etdiyi mətbu orqanda qarşı tərəfin mövqeyinin verilməsinə razılığın ifadə olunduğunu da vurğulayıb. O göstərib ki, E.Hüseynov barəsində gedən məlumatların yanlışlığının sübutu üçün qəzetə hər hansı müraciət ünvanlamayıb. Əgər qarşı tərəf bununla bağlı təkzibedici arqumentlərə malikdirsə və mövqeyini nəşrin səhifəsinə çıxarmaq niyyəti varsa, "Yeni Azərbaycan" buna hazırdır.
İclasda Yeni Azərbaycan Partiyasının "Azadlıq" qəzetində gedən "Ermənilərin YAP-dan fərqi" (9 avqust 2011-ci il) sərlövhəli yazı ilə bağlı şikayətinə baxılarkən bir neçə məqama diqqət yetirilib. Əvvəla nəzərə alınıb ki, material köşə yazısıdır, lakin jurnalistin yaranmış imkandan sui-istifadəsi təsiri bağışlayır. Yazı faktaloji baxımdan həqiqəti əks etdirmir. Oradakı fikirlərin YAP ilə kontekstdə müqayisəsi qüsurlu və məntiqə ziddir. Bu kimi hallar "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın pozulması, milli mentalitetə, əxlaqa və hüquqa zidd məqamların jurnalist yaradıcılığına uyğun gəlməyən şəkildə təqdimatıdır.
Qeyd edək ki, iclasa "Azadlıq" qəzetindən də nümayəndə dəvət olunsa da, nəşrin təmsilçisi naməlum səbəbdən müzakirəyə qatılmayıb.
Şikayətlər üzrə Komissiya həmin məqamları, "Azadlıq" qəzetinin eyni zamanda Azərbaycan Mətbuat Şurasının tövsiyyə və iradlarından nəticə çıxarmamasını əsas götürərək mətbu nəşrə MŞ-nin xəbərdarlığının elan olunması barədə rəyə gəlib. Məsələ ilə əlaqədar yekun qərar Şuranın İdarə Heyətində aparılacaq müzakirələrdən sonra qəbul ediləcək.
İclasda "Qanun: izah və şərhlər" qəzeti ilə bağlı məsələnin MŞ-nin "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasında da araşdırılması məqsədə uyğun sayılıb. Şikayətçi - Sabirabad Rayon İcra Hakimiyyətinin şöbə müdiri İlham Əsgərov tərəfindən təqdim olunan materiallar və müzakirənin gedişi buna əsaslar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



