Gəncənin peşə məktəbləri yeni dərs ilinə köhnə problemlərlə girir - ARAŞDIRMA

Gəncənin peşə məktəbləri yeni dərs ilinə köhnə problemlərlə girir - ARAŞDIRMA

Gəncənin peşə məktəbləri yeni tədris ilinə yenə problemlərlə qədəm qoyacaq. Vaxtilə önəmli ixtisaslı kadrları yetişdirən bu tədris müəssisələri deyəsən, bu tədris mövsümündə də köhnə problemləri ilə birgə keçirməli olacaq. Öncə qısa arayış verək ki, ölkənin ikinci böyük şəhərində 3 peşə məktəbi və eyni sayda peşə liseyi fəaliyyət göstərir. Bunlarında hamısı keçmiş sovetlər dönəmində inşa olunub. Mövcud avadanlıqlar da elə o dövrdən qalıb. Bu gün isə maddi-texniki baza günün tələblərinə cavab vermir. Başlıca problem peşə məktəblərinin yararsız vəziyyətdə olmasıdır. Sınıq pəncərələr, yararsız vəziyyətdə olan fasadlar hazırkı peşə məktəblərinin hansı kökdə olmasından xəbər verir. Heç bir şəraiti olmayan müəssisələrdə şagirdlərə hansı peşələrin öyrədilməsi doğurdan da maraq kəsb edir. Peşəyönümlü müəssisələr baxımsızlığın qurbanına çevrilib və yüngül ifadə ilə desək, \"əl gəzdirilməsi\"nə ehtiyac yaranıb. Ancaq hələ ki, bu ehtiyac həll edilməyib. Məsələyə münasibət bildirən Gəncə şəhər Təhsil İdarəsinin rəisi Mahal Əliyev SİA-nın bölgə müxbirinə bildirib ki, peşə məktəblərinin maddi texniki bazasının yaxşılaşdırılması mövcud binaların təmiri birbaşa Təhsil Nazirliyinə aid olan məsələdir.

"Bu işlə Təhsil Nazirliyində Peşə Təhsili şöbəsi respublikada mövcud olan peşə məktəblərinin gələcək fəaliyyətini tənzimləyir. Mövcud problemlərin həlli istiqamətində dövlət proqramı qəbul olunub və proqrama uyğun olaraq ölkənin ikinci böyük şəhərindəki peşə məktəbləri də təmir ediləcək",- deyə M. Əliyev deyib.

İdarə rəisi həmçinin əlavə edib ki, işlərə nə qədər tez başlanılsa bir o qədər uğurlu olaraq: "Mövcud statistik rəqəmlər də göstərir ki, ötən illərlə müqayisədə bu gün peşə məktəblərinə tələbat artıb. Sözügedən müəssisələrdə yeni ixtisaslar yaradılıb".

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə