Bir müddət öncə azərbaycanlı alim, professor Elçin Xəlilov kəşf etdiyi "Atropatena Crystal" cihazı sayəsində zəlzələ haqqında 3-10 gün öncədən xəbər vermənin mümkünlüyü haqda açıqlama verdi.
Qeyd edək ki, E. Xəlilovun bu ixtirasına nədənsə Azərbaycanda o qədər böyük önəm verilməsə də, bu məsələyə Türkiyə mətbuatında geniş yer ayrılır və şərh olunur. SİA türk mətbuatına istinadən xəbər verir ki, E. Xəlilov bildirib ki, "Atropatena Crystal" cihazı seysmik deyil, tektonik dalğaları ölçən bir cihazdır: "Zəlzələ olmazdan əvvəl tektonik dalğalar yayılır, cihaz da bu dalğaları müəyyənləşdirərək zəlzələnin yerini və gücünü dəqiq müəyyən edir. Cihaz vasitəsi ilə 10 min kilometr aralıda meydana gələ biləcək zəlzələnin vaxtı və yeri haqda proqnoz vermək mümkündür. Deyə bilərəm ki, 2011- 2015-ci illər bütün dünyada zəlzələlərin aktiv dövrüdür və ayrı-ayrı ərazilərdə güclü zəlzələ qeydə alınacaq. Bu dövrdə İstanbul və İzmir şəhərləri başda olmaqla Türkiyədə 6,5 gücündə zəlzələnin baş verməsi ehtimalı yüksəkdir. Zəlzələ üçün ən riskli illər isə 2013 -2014-cü illərdir. Dünyanın nüvəsində yüksək dərəcəli enerji toplanıb və bu enerjinin boşalması prosesinin 2015-ci ilə qədər davam edəcək. 2013-cü ildən başlayaraq Azərbaycan və Türkiyə üçün də zəlzələnin təhlükə dövrü başlayır. 2015-ci ilə qədər davam edən zəlzələnin aktivlik dövrü özünü daha çox İndoneziya və Yaponiyada büruzə verəcək".
99 faiz dəqiq proqnoza təminat veririk
Alim qarşıdakı illərdə Azərbaycanda da zəlzələ riskinin yüksək olduğunu bildirib: "Yaponiyada baş verəcək zəlzələ haqqında hələ 2009-cu ildə proqnoz vermişəm. "Atropatena Crystal" cihazı 3 ildir təcrübədən keçirilir və indiyə kimi 140 fəhminin 92 faizi özünü doğrulmayıb. Digər cihazların proqnozlarının yalnız 65 faizi özünü doğruldurdu. Ancaq "Atropatena Crystal" buna 99 faiz təminat verir. Çünki indiyə kimi verilən proqnozlardakı boşluqlar "Atropatena Crystal" vasitəsi ilə aradan qaldırılıb. Məsələn Yaponiyada meydana gələn sunami ilə bağlı iki gün öncə məlumat vermişik".
E. Xəlilov bildirib ki, zəlzələ ilə bağlı məlumatlar yalnız onun Londonda rəhbərlik etdiyi zəlzələlərin Proqnozlaşdırılması üzrə Qlobal Şəbəkəsinə üzv olan ölkələrə verilir: "Ortaq çalışmaq üçün qapılarımız hər kəsin üzünə açıqdır, kim istəsə bərabər işləyə bilərik. Biz "Atropatena Crystal" cihazının hansı şəkildə çalışdığını göstərməyə və bildiklərimizi dünya ilə paylaşmaya hazırıq. "Atropatena Crystal" cihazının proqnozları üçün dünyanın müxtəlif hissələrin qlobal şəbəkə yaradılmalıdır. Məsələn Türkiyədə 4-5 yerdə, Azərbaycanda isə 3-4 yerdə quraşdırmaq bəs edər ki, zəlzələ haqda öncədən proqnoz vermək mümkün olsun".
E. Xəlilov türk mətbuatında sensasiya yaradıb
Onu da deyək ki, E. Xəlilovun kəşfi Türkiyə mətbuatında da birmənalı qarşılanmır. Türkiyə Qızıl Aypara Cəmiyyəti sədrinin müavini, professor Əhməd Mete İşıkara E. Xəlilovu Türkiyədə 2011 - 2015-ci illərdə güclü zəlzələ proqnozu fikrini tənqid edib. O bildirib ki, İstanbul və İzmirdə dağıdıcı zəlzələnin baş verməsi ilə bağlı proqnozlar əhalini təşvişə salmaqdan başqa bir şey deyil.
Avropa Şurasının qərarı ilə zəlzələ olacağına dair təxminlər digər ölkənin vətəndaşı Xarici İşlər Nazirliyinə verə bilər. E. Xəlilov isə qaydaları pozaraq mətbuatda sensasiya yaradıb\".
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmoloji və geodinamik tədqiqatlar şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Tahir Məmmədli isə zəlzələni əvvəlcədən proqnozlaşdırmağa heç kimə nəsib olmadığını deyir: "Bu məsələ ilə bağlı müxtəlif dövrlərdə müxtəlif dövlətlər külli miqdarda vəsait ayırıb, tədqiqatlar aparılıb. Ancaq heç bir proqnoz indiyə kimi özünü doğrultmayıb. Ancaq bütün proqnozlar səhv olandan sonra bu sahəyə ayrılan maliyyə vəsaiti dayandırıldı.
"Kinemetriks"dən müasirini tanımırıq
Respublika Seysmoloji Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı isə bildirdi ki, "Atropatena Crystal" cihazı dünyanın heç bir ciddi seysmoloji cihazları sırasında yoxdur: "İndiyə kimi E. Xəlilovun hər hansı ölkəsində baş verəcək zəlzələ haqqında dəqiq və qısa müddətli proqnozuna təsadüf olunmayıb. Hörmətli alimimiz öz proqnozlarını doğurtmaq üçün bütün dünya mətbuatda 1-2 həftə öncə hər hansı bir zəlzələnin baş verəcəyi yeri, vaxtı, episentri və s. haqda məlumat versin və milyonlarla insanı ölümdən xilas etsin. O zaman bu kəşf bütün dünyada əsl ajiotaj yaradar və çox önəmli bir açılış olar. İnsaniyyəti hər zaman narahat edən bir problemə son qoyular. Ancaq hələ ki, bunun mümkünlüyü isbat olunmayıb.
Azərbaycanda hazırda MDB-də analoqu olmayan və dünya səviyyəsində ən az xəta ilə proqnoz verən ABŞ-ın "Kinemetriks" şirkətinin telemetrik-seysmik avadanlıqlarından istifadə olunur. Peyk rabitəli seysmik stansiyalar şəbəkəsindəki monitorinq sistemi respublikanın ayrı-ayrı bölgələrində yaradılan 14 telemetrik stansiyadan və Bakı şəhərində yerləşən Bakı qəbuledici stansiyasından ibarətdir. Hazırda bölgələrdə yerləşən 21 telemetrik stansiyada qeydə alınan seysmik məlumatlar peyk rabitə kanalı ilə real zamanda Bakı şəhərində yerləşən Bakı Telemetrik stansiyasına göndərilir. Burada isə müxtəlif proqramlarla həmin məlumatlar təhlil olunur. \"Kinemetrics\" sistemi dünyada nüvə partlayışları sınaqlarına nəzarət üzrə beynəlxalq proqrama da qoşulub. Azərbaycan Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzinin də üzvdür. Bu mərkəzə Avropa və Aralıq dənizi ölkələrindən seysmik məlumatlar daxil edilir və bütün dünyada baş verən zəlzələlər barədə hər bir kəs həmin məlumatı internet vasitəsilə əldə edə bilir. Bu üsul dünyada ən müasir zəlzələlərin müşahidə üsuludur. Hələ ki, bundan fərqli və daha dəqiqinə təsadüf olunmayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB