Qobustan Elektrik Şəbəkəsində ən aşağı göstərici qeydə alınıb

Qobustan Elektrik Şəbəkəsində ən aşağı göstərici qeydə alınıb

Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində istehlakçıların elektrik enerjisi ilə təminatında dayanıqlıq və keyfiyyət yüksəlib, şəbəkələrdə ifrat yüklənmələr aradan qaldırılıb. İstehlakçılar arasında aparılan təbliğat işləri, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına qarşı aparılan yoxlama reydləri və israfçılıqla istifadənin aradan qaldırılması sayəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 7 aylıq yekunu üzrə daimi əhali istehlakçı qrupunda ödənişdə 4 faizə yaxın mütləq artım qeydə alınıb.

"Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya daxil olan məlumata görə, Sumqayıt Regional Elektrik Şəbəkəsində (REŞ) cari ilin iyul ayında 117,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 106,5 milyon kilovatsaatdan artıq olub. Ümumi ödəniş isə 87 faizdən artıq olub. Hesabat ayında ümumi ödənişdə REŞ üzrə ən yüksək göstərici Xızı EŞ-də (hesabat ayında istehlak edilmiş elektrik enerjisinin istehlak dəyərindən əlavə ötən ayların debitor borcunun müəyyən qisminin də ödənişi təmin edilib), ən aşağı göstərici isə Xırdalan EŞ-də (79,1%) qeydə alınıb. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak 29,1 milyon kilovatsaatdan, ödəniş isə 1,5 milyon manatdan və ya 87 faizdən artıq olub. Ötən ilin müvafiq dövründə isə bu göstəricilər uyğun olaraq 29,9 milyon kilovatsaata, 1,6 milyon manata və 87 faizə yaxın olub. Sözügedən ayda bu istehlakçı qrupu üzrə ən yüksək göstərici Bağlar EŞ-də (hesabat ayında istehlak edilmiş elektrik enerjisinin istehlak dəyərindən əlavə ötən ayların debitor borcunun müəyyən qisminin də ödənişi təmin edilib), ən aşağı göstərici isə Xırdalan EŞ-də (80,2%) qeydə alınıb.

Qeyd edək ki, cari ilin 7 ayı ərzində burada 852,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 83,7 miliyon kilovatsaat çoxdur. Ümumi ödəniş isə 84 faizə yaxın olub. O cümlədən, daimi əhali istehlakçı qrupunda istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon kilovatsaatdan çox azalaraq 224,2 milyon kilovatsaata yaxın olub. Ödəniş isə 94 faizdən artıq olub .

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 7 aylıq yekununa görə ən yüksək göstərici Şamaxı EŞ-də, ən aşağı isə Sumqayıt EŞ-də qeydə alınıb. Belə ki, bu EŞ-lərdə sözügedən artım göstəriciləri müvafiq olaraq 89 və 82,4 faiz olub. Daimi əhali istehlakçı qrupunda isə ən yüksək göstərici Sumqayıt EŞ-də (97,2%), ən aşağı göstərici isə Qobustan EŞ-də (82,4%) qeydə alınıb.

Ödənişin artırılması istiqamətində təsirli tədbirlər görülür. Kommersiya itkilərinin qarşısının alınması istiqamətində həyata keçirilən reydlər, 10 kV-luq xətlər üzrə ötürülən elektrik enerjisinin balans hesabatlarının aparılması da bu tədbirlər sırasındadır.

Xatırladaq ki, sözügedən REŞ Sumqayıt, Xırdalan, Qobustan, Bağlar, Xızı və Şamaxı EŞ-lərini əlaqələndirir.

Bütün xəbərlər Facebook səhifəmizdə