Azad Rəhimov: “Azərbaycan gənci ilk növbədə ölkəmizin daha da qüdrətlənməsində iştirak etməlidir”

Azad Rəhimov: “Azərbaycan gənci ilk növbədə ölkəmizin daha da qüdrətlənməsində iştirak etməlidir”

"Xaricdə təhsil alan hər bir Azərbaycan gənci ilk növbədə seçdiyi ixtisas üzrə yüksək biliklər əldə etməli və peşəkar olaraq Azərbaycanımızın daha da qüdrətlənməsində iştirak etməlidir". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Respublikası gənclər və İdman naziri Azad Rəhimov IX ASAIF beynəlxalq yay forumunda çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, Azərbaycan gənci Azərbaycanın milli davası olan Dağlıq Qarabağ haqqında həqiqətləri, Azərbaycan xalqının qədim mədəni irsini və tarixini dolğun çatdırmağı bacarmalıdır, xaricdə təhsilə yeni başlayan gənclər müxtəlif ölkələrdə təhsil alan həmyerliləri ilə sıx əlaqələr quraraq Azərbaycan naminə bu şəbəkənin fəaliyyətində fəal iştirak etməlidirlər: "Vətəndaşlıq ölkənin nə ilə yaşadığını hiss etmək, onun qayğılarını anlamaq, problemlərini duymaq, qüvvələriniz daxilində bu problemlərin həllində iştirak etmək, Azərbaycanın maraqlarından çıxış etməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə