Türkiyənin Zəfər bayramı və Türk Silahlı Qüvvələr Günü münasibətilə keçiriləcək tədbir niyə təxirə salınıb?
Avqustun 30-da Türkiyənin Zəfər bayramı və Türk Silahlı Qüvvələr Günü münasibətilə "Gülüstan" sarayında keçiriləcək tədbir təxirə salınıb.
Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumatda bildirilir ki, ənənəvi olaraq hər il keçirilən tədbirin təxirə salınması son günlər Türkiyədə baş vermiş qanlı terror hadisələri ilə bağlıdır.
Bu il 89-cu ildönümü tamam olan Zəfər bayramı ilə bağlı nəzərdə tutulmuş bütün bayram tədbirləri ləğv olunmuşdur. Bu bayram şanlı Türk ordusunun Qazi Mustafa Kamal Atatürkün komandanlığı altında 1922-ci il avqustun 30-da Dumlupınarda Anadolu torpaqlarını işğal etməyə çalışanlar üzərində qazandığı tarixi qələbənin şərəfinə Türkiyədə hər il rəsmi bayram günü olaraq qeyd edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB