Şirvan şəhərində keçirilən yarmarkada 12 dövlət, 18 qeyri dövlət, 2 fiziki şəxs olmaqla 32 müəssisə və təşkilat iştirak edib.
SİA-nın Aran bürosunun məlumatına görə, keçrilən yarmarkaya 358 boş iş yeri təqdim olunub. Müraciət edən 480 nəfərdən 164 nəfərinə o cümlədən 1 nəfərə kvota üzrə işə qəbul olmaq üçün göndəriş verilmiş, 16 nəfər iş axtaran isə pesə hazırlığı kursuna cəlb olunub.
Yarmarkaya daha çox mərkəzi şəhər xəstəxanası 76 yer, telemexanika zavodu 18 yer, qaz istismar sahəsi 19 yer və STC AQRO-MMC şirkəti 56 boş iş yeri təqdim ediblər.
Dövlət məşğulluq xidmətinin işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi şöbəsinin böyük məsləhətçisi Rauf Cəfərov belə yarmarkaların keçirilməsinin işsiz vətəndaşların işlə təmin olunması üçün böyük əhəmiyyət daşıdığını bildirib.
Hacıqabul rayonunda keçirilən əmək yarmarkasında isə 30-u dövlət 9-u qeyri dövlət müəssisəsi olmaqla 39 müəssisə iştirak edib. İş üçün müraciət edən 270 nəfərdən 203-ü işlə təmin olunub. İşə qəbul olunanlardan 153-ü dövlət, 50-si isə qeyri dövlət müəssisələrinə qəbul olunub.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB