Toyuq dönəri satışı hələ də davam edir

Toyuq dönəri satışı hələ də davam edir
Ölkə ərazisində toyuq dönərinin satışı qadağandır. Ancaq buna baxmayaraq bu gün paytaxt ərazisində fəaliyyət göstərən dönərхanalarının böyük əksəriyyətində toyuq dönəri satılmaqdadır. Qeyd edək ki, mənşəyi məlum olmayan toyuq ətindən dönərin hazırlanmasına hələ 5-6 il bundan əvvəl qadağa qoyulub.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qida gigiyenası şöbəsinin rəhbəri İmran Abdullayev bu kimi hallara qarşı müntəzəm olaraq monitorinqlərin aparıldığını deyir: "Hər-hansı bir çatmazlıq qeydə alınarsa, dönərxana inzibati qaydada cərimə olunur və ya bağlanır". İ. Abdullayev dönərin cavan heyvanın yumşaq toxumalarından və damarlardan, vətənlərdən ayrılmış ətlərdən hazırlanmalı olduğunu dedi: "Belə ət baha olduğuna görə dönər hazırlayanlar ucuz ətlərdən istifadə edir. Monitorinqlər zamanı dönərxanalarda Hindistandan gətirilən və kolbasa istehsalında istifadə edilən, eyni zamanda üçüncü kateqoriya-arıq heyvanların ətlərindən istifadə olunur. Bu kimi yararsız ətlərdən istifadə edən obyektlərə qarşı da ciddi tədbirlər görürük".

Bütün xəbərlər Facebook səhifəmizdə