Sabah Macarıstanda ömürlük həbs cəzası almış Azərbaycan Ordusunun baş leytenantı Ramil Səfərovun doğum günüdür. Ramil Səfərov 1977-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında ARMN-in sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyə Respublikasının İzmir şəhərinə göndərilib. Maltəpə hərbi litseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər MN-in sərəncamı ilə Gədəbəydəki N saylı hərbi hissəsində tağım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə H.Əliyev adına AHKM-ə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstan respublikasının Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub. Vətənə dönməyə 20 gün qalmış - fevral ayının 19-da həmin tədbirdə iştirak edən erməni zabiti Qurqen Markaryanı qətlə yetirib. Elə həmin tarixdə Budapeştin hüquq mühafizə orqanları tərəfindən həbs olunub.
1988-ci ildən 1993-cü ilə qədər ermənilərin törətdikləri vəhşilikləri, tökdükləri qanı Ramil öz gözləri ilə görüb. Bu səbəbən də, onunla eyni kursda təlim keçən erməni zabit Qurgen Markaryanı Azərbaycan bayrağını təhqir elədiyinə görə öldürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB