Quba və Xaçmazın Müvəqqəti Saxlama Təcridxanalarına başçəkmələr həyata keçirilib

Quba və Xaçmazın Müvəqqəti Saxlama Təcridxanalarına başçəkmələr həyata keçirilib
Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri olan Quba Regional Mərkəzinin əməkdaşları İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, bu günlərdə Quba və Xaçmaz Rayon Polis şöbələrinin (RPŞ) müvəqqəti saxlama təcridxanalarına (MST) başçəkmələr həyata keçiriblər. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, qrupun üzvləri başçəkmələr zamanı bu müəssisələrdəki saxlanma şəraitini araşdırıb, həmçinin saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olub, hər hansı bir pozuntu aşkar edilməyıb. MST-də saxlanılan şəxslərlə söhbət aparılıb, onlara hüquqları izah olunub.

Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər. Başçəkmə keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə