Universitetlər şəhərin mərkəzindən köçürüləcək

Universitetlər şəhərin mərkəzindən köçürüləcək
Bakının Regional İnkişaf Planına uyğun olaraq 2012-ci ilə qədər ali məktəblərin şəhərdən kənara köçürülməsi ilə bağlı sənədin hazırlanması planlaşdırılır. İlkin mərhələdə Azərbaycan Dövlət İqtisad, Pedaqoji Universitetin və Dövlət Neft Akademiyasının şəhərin mərkəzi hissəsindən köçürülməsi nəzərdə tutulur. Sonra isə digər universitetlər şəhərin mərkəzi hissəsindən əhalinin daha az yaşadığı ərazilərə köçürüləcək. Qeyd edək ki, universitetlərin köçürülməsinə səbəb şəhərin mərkəzi hissələrində əhalinin sıxlığını azaltmaqdır. Universitetlərin köçürülməsi həm yollarda şəxsi avtomobillərin, həm də ictimai nəqliyyatda sıxlığın qarşısını alacaq. Bu təcrübə bir çox xarici ölkələrdə sınaqdan keçirilib və müvəffəqiyyət qazanıb.
Universitetlərin rayonlara köçürülməsi də mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə