\"Soyuz\" raket daşıyıcılarının buraxılışı dayandırıldı

\"Soyuz\" raket daşıyıcılarının buraxılışı dayandırıldı
\"Proqres\" yükdaşıyıcı kosmik gəminin uğursuzluqla nəticələnən uçuşundan sonra, \"Soyuz\" raket daşıyıcılarının kosmik məkana buraxılışına müvəqqəti fasilə verilib. Bu barədə \"İnterfaks\"a müvafiq qurumlar tərəfindən məlumat verilib. Eyni zamanda bildirilib ki, avqustun 26-na planlaşdırılan \"QLONAS-M\" peykinin \"Soyuz-2\" raket daşıyıyıcısı ilə kosmosa buraxılması istiqamətində aparılan işlərə də müvəqqəti olaraq xitam verilib.
Xatırladaq ki, avqustun 24-də Baykonur kosmodromundan start götürən \"Soyuz-u\" raket daşıyıcısı \"Proqres\" yükdaşıyıcı kosmik gəmisini lazım olan orbitə çıxara bilməyərək Altay diyarının ərazisinə düşərək məhv olub. Belə ki, kosmik gəmi beynəlxalq kosmik stansiyaya iki ton yarım yük çatdırmalıydı. Yükün tərkibində qida, su, yeni avadanlıqlar və ekipaj üzvləri üçün ailələri tərəfindən göndərilən bağlamalar var idi.
Roskosmosdan isə bildirilib ki, hazırda ekipaj üzvlərinin geriyə qaytarılması məsələsi gündəmdə deyil Onların qida ehtiyatları və yanacaqları üç ay ərzində istifadə oluna bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə