Turistlər Parisə axın edir

Dünyanı bürümüş maliyyə böhranına baxmayaraq bu il Fransanın paytaxtı Parisə rekord miqdarda turist gəlib. SİA-nın məlumatına görə, onların əksəriyyətini Çin və Latın Amerikasından olan turistlər təşkil edib.

İlin birinci yarısında paytaxta gələn xarici turistlərin sayı 7,7 milyon nəfəri olub. Bu rəqəm keçən illə müqayisədə 3,5 faiz çoxdur.

Amma ötən ildən fərqli olaraq, bu il Parisə səfər edən böyük britaniyalı, almaniyalı, italiyalı, ispaniyalı və yaponiyalı turistlərin sayında azalma müşahidə olunub. Birinci rübdə bu ölkələrdən gələn turistlərin miqdarında azalma 3 faizlə 6 faiz arasında olub.

Qeyd edək ki, Fransanın müxtəlif əyalətlərindən paytaxtın görməli yerləri ilə tanış olmaq üçün 4 milyondan çox fransız Parisə gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə