Asiyanın əksər ölkəsində it əti ən gözəl və dadlı delikates hesab edilir. Çin, Koreya, Tayvan, Vyetnam, Filippin, Laos, Kamboca, Tailand və Konqoda it, pişik ətləri milli ənənə, dadlı yemək və zülallarla zəngin xeyirli bir qida növü kimi də dəbdədir. İtin ətindən daha çox sous, \"gaejang\", \"gajangkuk\" və \"or gujang\" adlı yeməklər hazırlanır. Onlar ən hörmətli qonaqlarına bu yeməkləri təklif etməkdən qurur duyurlar.
Şərq mədəniyyətinə görə isə it əti yemək vəhşilik və iyrənclikdir. Ancaq son illər Çində it və pişik ovuna qadağa qoyulub. Orada it ovlayan, it ətinin qanunsuz istehsalı və satışına görə 730 ABŞ dolları cərimə və ya 15 sutka həbs olunur. Pekində rəsmi olaraq bir it saxlamağa icazə var. Bu qadağaya etiraz edənlər yemək üçün iti gizli saxlayırlar. Şanxayda isə bu heyvanların ətindən şorba hazırlayan dükanlar bağlanıb.
Qadağanın tətbiqinə səbəb isə Çinə gələn turistləri qaçırmamaq və adət-ənənələrə qarşı ikrah hissi yaratmamaqdır
Deyəsən, elə bu səbəblərdəndir ki, çinlilər it ətinə olan ehtiyaclarını ölkəmizdə reallaşdırmağı qərara alıblar.
SİA-ya daxil olan məlumata görə, Bakıətrafı qəsəbələrdə yaşayanlar it və pişiyi tutaraq 1 - 2 manata Çin vətəndaşlarına satırlar. Oxşar faktların Bərdədə və Xırdalanda da təsadüf olunub. Yerli sakinlərin əlaqədar qurumlara müraciət etdiyi bildirilir. Bu fakt əhali arasında ikrah yaratmaqla yanaşı, it əzalarının ətrafa tökülməsi müxtəlif xəstəliklərə yol açması ehtimalını da yaradıb.
Əsəbləri zəif olanlar oxumasın!
Məsələ ilə bağlı apardığımız araşdırma zamanı əldə etdiyimiz məlumata görə, çinlilər it ətindən daha çox sous, \"gaejang\", \"gajangkuk\" və \"or gujang\" adlı yeməklər hazırlayır. Əsəbləri zəif olanların oxuması məsləhət görülməsə də, bu reseptləri təqdim etməklə çinlilərin it ətinə nə dərəcədə önəm verdiklərini diqqətə çatdırmaq istəyirik. Məsələn: it ətindən hazırlanan \"Linçuan qoujou\" adlı yemək reputasiyasına görə \"dünyada birinci\" sayılır. 6 kiloluq kiçik bir it eyni bərabərdə dərisi ilə birlikdə doğranır. Öncə odda bişirilir, sonra xüsusi tam vermək üçün üzərinə imbir, saoqol bitkiləri əlavə edilir. Süfrəyə verilərkən isə üzərinə araq və sous əlavə olunur. Bu yemək yüksək keyfiyyətli və müalicəvi əhəmiyyət daşıyır. Digər bir it xörəyinin hazırlanması üçün ilk öncə orta ölçüdə olan itin başı kəsilir, sonra onun dərisi xüsusi üsulla soyulur. Ət eyni bərabərdə 2,5 sm qalınlığında dördkünc şəkildə doğranır, üzərinə uksus, istiot, duz və sarımsaq qarışdırılaraq tökülür və 2 saat müddətində saxlanılır. Sonra ət qaynar odun üzərində yağda bişirilərək üzərinə soğan və ananas vurulur. Hazır yeməyin üzərinə isə tomat sousu, yaşıl istiot, dəfnə yarpağı da atılır. Sonra qazanın qapağı sıx örtülür və ət tam bişənə kimi vam oddun üzərində saxlanılır.
Cənubi Koreyada ildə 2 milyon it yeyilir
İt əti yemək Çində əsrlərin ənənəsidir. Çin xalqı bu adətdən imtina etməyə hazır deyil. Əksinə hökumətin it və pişik ətini "qanunsuz" elan etməsi həmin heyvanların bundan sonra əlaltından öldürülməsinə səbəb olur.
Çin zooparkların toyuqları lazımsız kimi aslanların qarşısına atılır. Ancaq it və pişiyi heç vaxt aslana verməzlər. Cənubi Koreyada ildə 2 milyon it yeyilir. Vyetnamlılar, koreyalılar, çinlilər, itlə yanaşı qurbağa, tısbağanı çox sevərək yeyirlər. Məsələn it kəsilir, tısbağanı isə qaynar suya salıb çanaqdan çıxarılır. Onlardan hazırlanan yeməklə çaxır çinlilərin ən dadlı və zövq aldığı təamdır.
Bu ölkədəki fermalarda saxlanılan xüsusi itlər 6 - 12 ay müddətindən sonra əsl "yeməli" olur. Onu da deyək ki, Çin və Koreyada it əti təkcə kulinariya növü kimi yox, həm də müalicəvi vasitə hesab olunur. Vaxtilə vərəm xəstəliyinin geniş yayıldığı bir dövrdə minlərlə insan it əti yeməklə xəstəlikdən can qurtara bilib. İş ondadır ki, it yağında ciyərlərin müalicəsinə xeyirli olan maddələr var. İt əti soyuğa müqaviməti artıran, ciyərlərin funksiyasını və mədə-bağarsaq həzmini yaxşılaşdıran qida kimi də qəbul edilir.
Ən dəhşətlisi isə odur ki Çin mətbəxində siçan və siçovullara da xüsusi tələbat var. Yeni doğulmuş siçanlar ən qiymətli delikates sayılır. Ana südündən başqa heç nə ilə qidalanmayan 3 günlük siçanlardan ibarət qəfəs qaynar su və yandırılmış şamla bərabər süfrəyə qoyulur. Aşpaz xırda heyvanları taxta çəkiclə burnundan vurduqdan sonra qonağa təqdim edir. Hüşunu itirib hələ də sağ olan siçan balasının quyruğundan tutan qonaq onu şamda ütdükdən sonra qaynar suya atır. Suda bişən siçan balası bundan sonra sousa salınır və bütöv şəkildə yeyilir. Belə qonaqlıqlarda adətən süfrədə yalnız siçanın quyruğu qalır...
Onlar "kafir"dir
Bunları bildirməkdə hansısa xalqın adət və məişətini istehza və gülüş hədəfinə tutmaq, yaxud da onu təbliğ etmək fikrində deyilik. Sadəcə, bəzi əlaqədar qurumların və vətəndaşların artıq Azərbaycanda yayılmağa başlayan "it əti alveri" ilə məlumatlandırmaqdır. Onsuz da eşşək, at və digər kəsilməsi qəbul olunmaz sayılan heyvan ətinin bazarlara ayaq açması yeni fakt deyil.
Dövlət Baytarlıq Xidməti mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məsələ ölkəmiz üçün aktual olmadığından it əti ilə qidalandıqdan sonra insanın hansı xəstəliklərə mübtəla ola biləcəyini bilmədiyini deyir: "Ancaq deyə bilərəm ki, it əti yüksək temperaturda bişirildiyi zaman oradakı viruslar məhv olur və insanda quduzlaşma yaratmır".
Din xadimi Hacı Akif isə islama əsaslanaraq bildirdi ki, 2 heyvan - donuz və it heç bir yolla təmiz ola bilməz. Onları yemək isə haram və böyük günahdır: "Haram buyurulan bu heyvanlar barədə danışmaq belə islama ziddir. Onları yeyənləri isə ancaq "kafir" adlandırmaq olar".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB