Şəmkirdə sürücülərə ciddi xəbərdarlıq edilib

Şəmkirdə sürücülərə ciddi xəbərdarlıq edilib

Şəmkir rayon Dövlət Yol Polis və Ərazi Ekologiya İdarəsinin birgə keçirdikləri "Təmiz hava" aylığı çərçivəsində aparılan monitorinqlər zamanı 40-a yaxın sürücü cərimələnib. Bu barədə SİA-nın bölgə müxbirinə Şəmkir rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata əsasən yoxlamalar zamanı avtomobillərində problem olan və atmosferə normadan artıq dəm qazı buraxan maşınların sürücülərinə ciddi xəbərdarlıq edilib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə