Tufandağdakı Meteoroloji Stansiyaya baxış keçirilib

Tufandağdakı Meteoroloji Stansiyaya baxış keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin və Şahdağ Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin əməkdaşlarından ibarət ekspedisiya qrupu Şahdağ Milli parkının yüksək dağlıq ərazisində fəaliyyət göstərən Tufandağ və Kabaş Avtomat Meteoroloji Stansiyalarına baxış keçirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya veriləm məlumata görə, ekspedisiya üzvləri stansiyaların fəaliyyətini yoxlayıb, tənzimləmə işləri aparılıb, stansiyaları qış mövsümünə hazır vəziyyətə gətiriblər. Görülən işlər nəticəsində hər iki stansiyadan hava haqqında məlumatlar Milli Hidrometeorologiya Departamentinə ötürülür".
Qeyd edək ki, Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin ilk stansiyası 3700 metr hündürlükdə Şahdağ ərazisində, digəri isə təqribən 3000 metr hündürlükdə Şahdüzündə 2009-cu ildən fəaliyyət göstərir. Üçüncü stansiya isə 17 avqust 2010-cu il tarixində Tufandağ zirvəsinin 4172 metr hündürlüyündə quraşdırılmışdır. Stansiyaların hər üçünün fəaliyyətinin və kommunikasiyasının təmin edilməsi üçün tələb olunan enerji günəş panelləri vasitəsilə təmin olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə