Zahid İsayev: “İstehlakçılar öz hüquqlarının müdafiəsinə daha çox əhəmiyyət verməyə başlayıblar”
"Ölkəmizdə istehlakçıların hüquqlarının müdafiəsinin etibarlı təminat sistemi yaradılıb, bu sahəni tənzimləyən bir sıra normativ hüquqi aktlar qəbul olunub". SİA-nın xəbərinə görə, bu fikirləri İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev deyib. Z.İsayev bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatında davamlı inkişafın təmin olunub, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Onun sözlərinə görə, insanların müxtəlif mallara və xidmətlərə olan tələbatı artıb, istehlakçılar öz hüquqlarının müdafiəsinə daha çox əhəmiyyət verməyə başlayıblar.
Xidmət rəisi istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, həyata keçirilən maarifləndirmə tədbirlərinin də xüsusi əhəmiyyətini vurğulayıb. O bildirib ki, Dövlət Xidməti tərəfindən bu ilin yanvar-iyul ayları ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 10 adda 30 min ədəd buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 4 adda 600 ədəd yaddaş kitabçası çap edilərək sahibkarlara və istehlakçılara paylanıb. Bu istiqamətdə tədbirlər hazırda da davam etdirilir.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB