Dəstək ol ki, imkansız şagirdlərimiz təhsilsiz qalmasın!

Dəstək ol ki, imkansız şagirdlərimiz təhsilsiz qalmasın!

"Məlahətli ana" Uşaqlara Yardım İctimai Birliyi "Dəstək ol ki, imkansız şagirdlərimiz təhsilsiz qalmasın!" devizi ilə xeyriyyə konserti keçirəcək. SİA-nın xəbərinə görə, sentyabrın 1-i saat 19:00-da Heydər Əliyev Sarayında təşkil olunacaq konsertdə Azərbaycanın tanınmış incəsənət xadimləri - Nisə Qasımova, Aygün Bəylər, Elariz Məmmədoğlu, Aybəniz Haşımova, Səyyad Əlizadə, Sevda Yəhyayeva, Zamiq Hüseynov, Aynişan Quliyeva, Elçin Şirin, Aygün Şükürova, Məleykə Əsədova, Nurlan Əzizbəyli, İlqar Muradov, İzzət Bağırov, Mətanət İsgəndərli, Nadir Bayramlı, Nüşabə Ələsgərli, M-brothers, Aşıq Samirə, Emin Bədəlov, Elnur Məmmədov, Əkbər, Nura, Miri Yusif, Könül Kərimova, , Kristal qrupu, "Maori" rəqs qrupu - Göyçək Fatimə, yumorist Fərda Xudaverdiyev, "Bülbüllər" ansanblı, 2 nömrəli uşaq evinin rəqs ansanbılı və "Noğullar" rəqs ansanbılı çıxış edəcək. Konsertin aparıcıları isə Azərbaycan Respubliaksının əməkdar artisti İlham Əsgərov və Azərbaycanın tanınmış müğənnisi Safura Əlizadədir.

"Məlahətli ana" Uşaqlara Yardım İctimai Birliyinin ("Məlahətli ana" UY İB) mətbuat xidmətindən verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd rəsmi məlumatlar və birliyin öz araşdımaları nəticəsində müəyyənləşdirilən 1000-lərlə imkansız şagirdləri məktəbli forması və çantası ilə təmin etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə