Bakıda yağış yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 24-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Bakıda və yarımadada mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-23 dərəcə, gündüz 24-29 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə